Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

ÖLKƏ
11:25 / 05.11.2021
6113

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

HİT.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər həmin vəzifəni polis mayoru İlham Kərimov icra edib. 

1