Firuzə İbadova aparıcıları hədələdi: "Ağıllı olun"

MAQAZİN
12:13 / 05.11.2021
1526

Əməkdar artist Firuzə İbadova aparıcılara səslənib.

Axşam.az xəbər verir ki, müğənni "Xəbər-ətər" verilişində ondan reytinq üçün istifadə edildiyini deyib. O bildirib ki, tamaşaçıya onu yanlış təqdim ediblər:

"Sözüm aparıcılaradır: Verilişi elə aparın ki, qalmaqal olsun, reytinqim qalxsın deməyin. Sonra bizdən küsməyin ki, niyə efirə gəlmirik. Efirdə ağlamışam. Onun səbəbini bilmədən məni aşalama. Kiminsə sıxıntısını aşalama. O niyə sıxılır, mən niyə ağlayıram? Mənim dünyama girmisən? Ora girə bilməzsən.

Bir az ağıllı olun. Məni sıxan çıxışlarım oldu. Mənim haqqım olmadı ki, onu istəyim? Həyatımı acınacaqlı formada efirə çıxarmaq olar? Reytinq istəyən, məni efirə çağırmasın. Mənim evimi göstərib, sonra Cavanşir Məmmədovun evini göstərməyin nə aidiyyatı var? Onun varıdır, öz zəhmətiylə qazanıb. 55 ildir bu sənətdə külünk çalıb. Mənim də var idi, amma siz bilirsiz nəyə getdi. Bu gün öz dövlətimə arxayınam, vəsiqə daşıyıram. Dövlətin pulsuz xanımlarından biriyəm".

İfaçı daha sonra müğənnilərin bahalı maşınlar sürməyinə söz atıb:

"Mənim də maşınım yoxdur. Bir şey məni maraqlandırır: hər zaman məndən söhbət düşəndə cavanşir Məmmədovu stat gətirirlər. Həmkarlarıma deyirəm: siz o bahalı maşını necə almışınız?".

Qeyd edək ki, F.İbadova "Günün sədası" verilişində evinin şəraitsizliyindən gileylənmişdi

0