Sülhməramlıların dayanmadığı ərazilərdə erməni terrorçuları var: Antiterror əməliyyatı başlaya bilər? (ŞƏRH)
SİYASƏT
12:49 / 10.11.2021
3278

 

"Azərbaycan Müdafiə Nazirliyi vaxtında reaksiya verdi. Belə bir reaksiya lazım idi, çünki düşmənə reaksiya vermədikcə məsələ daha da irəliyə gedir".

Bunu Hit.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Karapetyanın Qarabağa gəlişi  Ermənistan ordusunun gücləndirilməsi, yenidən maqzisasiya edilməsi hesablanıb:

"Ermənistan müdafiə naziri Arşak Karapetyan Qarabağa səfərində maraqlı məqam odur ki, nazir olaraq ilk dəfə səfər edirdi. Burada üç tərəfli görüşlə bağlı danışıqlar var. Əliyev, Putin və Paşinyan görüşü. Bu görüşdə sərhəd və komnukasiya ilə bağlı məsələlər müzakirə ediləcək. Lakin görüşlə bağlı Paşinyan barədə belə bir fikir var idi, "Sərhəd, komnukasiya və Qarabağ məsələsi ayrı-ayrı məsələlərdir". Görünür Paşinyan Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyir. Həm də bu gün separatçı rejim öz dırnaqarası məsələsini həll etməsi ilə bağlı müzakirələr aparacaq. A. Karapetyanın da gəlişi  Ermənistan ordusunun gücləndirilməsi, yenidən maqzisasiya edilməsi hesablanıb. İrəvan tərəfi həm Bakı, həm də Moskvaya mesaj verir ki, Qarabağın öz müqəddaratı məsələsi gündəmdədir. Hətta bunun üçün döyüşməyə belə razıyıq. Təxminən bunu belə başa düşmək olar, çünki Karapetyan Qarabağ da hərbi hissələrdə belə bir ifadə işlətdi ki, "Sülhün zəmmini, ordunun güclülüyü", yəni bu faktiki lazım olarsa, döyüşə bilərik mesajını vermək idi". 

O bildirib ki, Müdafiə Nazirliyinin Ermənistana reaksiyası kifayət qədər yerində və lazımı forma da olub:

"Azərbaycan Müdafiə Nazirliyi vaxtında reaksiya verdi. Belə bir reaksiya lazım idi, çünki düşmənə reaksiya vermədikcə məsələ daha da irəliyə gedir. Müdafiə Nazirliyinin reaksiyası kifayət qədər yerində və lazımı forma da idi. "Əgər bu proses davam edərsə, Azərbaycan öz antiterror əməliyyatını keçirə bilər". Bu, faktiki olaraq həm də bunu mesaj edir. Bilir ki, indiyə qədər antiterror əməliyyatı keçirilib, bundan sonra da edə bilər. Bölgədəki vəziyyət, yəni Azərbaycan Ordusunun yerləşdiyi mövqelər də kifayət qədər imkan verir ki, orada erməni terrorçularını məhv etsin. Hələki məhz danışıqlar prosesi gedir, müəyyən bir proses var. Buna görə hələ bu addımı atmır, amma lazım olacaqsa, təbii ki, dediyimiz kimi bunu edə bilər. Fikrimcə, Ermənistan hakimiyyəti lazımı mesajı aldı və bu bir qədər geri çəkilməyə səbəb ola bilər. Amma yenə də biz üçtərəfli görüşlə bağlı vəziyyətə baxmalıyıq. Yəni bu görüş ərəfəsində nələr olacaq, görüşdən sonra nələr baş verəcək". 

Nərimanlı hesab edir ki, Rusiya sülhməramlılarının dayanmadığı ərazilərdə erməni terrorçuları var:

"Son olaraq bunu da qeyd edim ki, Azərbaycan tərəfi cəzalandıra biləcək məhz antiterror əməliyyatı məsələsidir. Həm də bu səfər onu göstərir ki, Ermənistan erməni qoşunlarının Qarabağdan çıxarılması məsələsini hələ də yerinə yetirmək fikrində deyil. Yəni bu səfər bunu göstərir ki, düşmənin belə niyyəti yoxdur. Bu niyyətin olmaması da Azərbaycanı praktiki addımlara sövq edir, yəni lazım olacaqsa. Zənn etmirəm ki, Rusiya sülhməramlılarının yerləşdiyi  məhz Xankəndidə antiterror əməliyyatı olacaq, xeyr. Amma ehtiyyac olarsa Azərbaycan Xankəndində antiterror əməliyyatı keçirə bilər. Çünki Karapetyanın da səfərində məlum oldu ki, burada erməni terrorçuların hələ də dayandığı mövqelər var. Mühəndislik işləri aparılır, çünki Karapetyan məhz bu postları yoxladı. Həm də aparılan mühəndislik işləriylə tanış oldu. Bu onu göstərir ki, Rusiya sülhməramlılarının dayanmadığı ərazilərdə erməni terrorçuları var. Bunlar dayanırlar, postda çıxırlar. Yəni bunlar Azərbaycan Ordusunun açıq hədəfidir. Mənim fikrimcə,  məcburetmə əməliyyatı bu istiqamətdə aparıla bilər. Məhz məqsəd də Ermənistanı, öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa məcbur etməkdir. Çünki bunla bağlı razılaşmada da konkret müddəa var və bu yerinə yetirilməlidir".

Aytac Orucova / Hit.Az

0