Şahzadə tanınmış kluba qarşı dələduzluq etdi

İDMAN
16:49 / 10.11.2021
840

Fransanın titullu klublarından olan "Sent Etyen" çətin dövrlərindən birini yaşayır.

10 dəfə ölkə çempionu adı qazanan komanda cari mövsüm Liqa 1-də turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Klubun çətin maliyyə problemləri yaşadığı dövrdə komandanı almaq üçün bir neçə təkliflər irəli sürülüb. Bu təkliflərdən birini həyat yoldaşının tövsiyyəsi ilə Kamboca şəhzadəsi Norodom Raviçak edib. 

Fanat.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, sentyabr ayının 17-si Raviçak "Sent Etyen"ə 100 milyon avroluq rəsmi zəmanət məktubu göndərib. Ancaq bu yaxınlarda sənədlər saxta olduğu müəyyən olunub.

"Sent Etyen" klubunun əsas səhmdarlarından biri Bernar Kayatso "L’Equipe" nəşrinə verdiyi müsahibəsində bildirib ki, "Bunu müəyyənləşdirmək üçün bir az vaxt lazım oldu, lakin ekspertlər nəhayət bu sənədin saxta olduğunu müəyyən etdilər. Bu, ağılsızlıqdır. Sənədi böyük bir bank adından göndərib. Hansı bank olduğunu deyə bilmərəm. Bu, onun ölkəsindəki üç ən böyük xarici bankdan biridir."

Qeyd edək ki, "Sent Etyen" rəhbərliyi faktla bağlı yerli prokurorluq orqanlarına rəsmi şikayət edib.

0