Rusiya və Fransa Qarabağı müzakirə etdi

11:05 / 13.11.2021
1433

Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu öz fransalı həmkarları ilə Qarabağdakı cari vəziyyəti müzakirə ediblər.

HİT.az xəbər verir ki, Jan-İv lö Drian və Florans Parli ilə görüş Parisdə Fransa-Rusiya Təhlükəsizlik Məsələləri üzrə Əməkdaşlıq Şurası çərçivəsində keçirilib. 

Fransa XİN-in rəsmi saytında yer alan məlumata görə, tərəflər görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması istiqamətində birgə səyləri müzakirə olunub.

Bununla yanaşı, görüşdə İranın nüvə proqramı da müzakirə mövzusu olub.

 

2