Əfqanıstanda avtomobilə quraşdırılan bomba partladı: Azı altı nəfər həlak olub - FOTO

DÜNYA
19:25 / 13.11.2021
1608

Əfqanıstanın paytaxtı Kabilin qərbində güclü partlayış törədilib.

Qeyd olunur ki, bombalı hücum əsasən şiələrin məskunlaşdığı Dəşti-Bərçi rayonunun ərazisində baş verib.

Rəsmilərin bildirdiyinə görə, hadisə avtomobilə qoyulmuş bombanın işə düşməsi nəticəsində baş verib.

İlkin məlumata əsasən, partlayış nəticəsində altı nəfər ölüb, yeddi nəfər yaralanıb.

1
oxu.az