Ermənistan Təhlükəsizlik Şurası: “Bu ərazilər Azərbaycanındır”

16:40 / 15.11.2021
2204

“Gorus-Qafan və Qafan-Çakaten avtomobil yollarının Azərbaycanın nəzarətində olan hissələrinə gəlincə, sovet dövründə Ermənistan və Azərbaycan sərhədləri haqqında sənədlərə əsasən, onlar Azərbaycan Respublikasının ərazisidir”.

Ermənistan Təhlükəsizlik Şurası Gorus-Qafqan və Qafan-Çakaten avtomobil yolundakı, həmçinin sərhəddəki hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, sənədlərə əsasən bu ərazilər  Ermənistana aid deyil, Azərbaycan Respublikasının ərazisidir: “Ermənistan hökuməti Sünik (Zəngəzur) vilayətində yeni alternativ yollar şəbəkəsinin yaradılması üçün tədbirlər görüb və bu işlər yaxın vaxtlarda yekunlaşacaq. Ermənistanda heç bir yaşayış məntəqəsi həyatı təmin etmək üçün yoldan məhrum deyil”, - bəyanatda qeyd olunub./Ölkə.Az

0