SON DƏQİQƏ! Ağdam sakini minaya düşərək həlak oldu

ÖLKƏ
18:48 / 15.11.2021
1320

Ağdamda 41 yaşlı kişi minaya düşərək ölüb.

Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb

Kənd sakini, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.

0