Türkiyə Sağlıq İnstitutunun rəhbəri, professor Erhan Akdoğan və Türkiyə Vaksin İnstitutunun rəhbəri, professor Ateş Kara "Türkovac” peyvəndinin 3-cü faza çalışmaları ilə əlaqədar Azərbaycana gəliblər.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Professorlar Bakıdakı səfirlikdə olaraq 3-cü fazanın Azərbaycanda tətbiqi haqqında məlumat veriblər, prosesin koordinasiyası ilə bağlı məsləhətləşmələr aparıblar.