Vilayət Eyvazov AzTV-nin şöbə rəisini işdən çıxardı

ÖLKƏ
15:14 / 16.11.2021
1191

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Mühafizə şöbəsinin rəisi işdən çıxarılıb.

HİT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Xəqani Cəfərov vəzifəsindən azad olunub.

Şöbə rəisi sərəncama götürülüb.

0