AzTV-də işdən çıxarılan polkovnik-leytenanta yeni vəzifə verildi

ÖLKƏ
13:30 / 22.11.2021
1569

Bir müddət öncə vəzifədən çıxarılan polis rəisinə yeni vəzifə verilib.

HİT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Cəfərov Xəqani Xıdır oğluna başqa vəzifə verilib.

O, Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis Şöbəsinin rəisi təyin olunub.

0