“Türkiyənin Ermənistanın varlığına son qoya bilməməsi üçün...”-Badalyan

DÜNYA
13:58 / 22.11.2021
1180

"Maraqlıdır ki, Türkiyənin bizm varlığımıza son qoymaq istədiyindən danışanlar heç olmasa problemi dərindən dərk edib danışırlar, yoxsa yox? Bizimkilər anlamalıdırlar ki, bizim varlığımıza son qoyulması üçün Türkiyəyə bir müharibə bəhanəsi lazımdır”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi şərhçi Hakob Badalyan nt.am saytındakı məqaləsində yazıb. Onun sözlərinə görə, bunun üçün 70 milyon əhalisi olan Türkiyənin Qarabağ da daxil olmaqla 3 milyonluq Ermənistanın varlığına son qoya bilməməsi üçün Ermənistanda mühit dəyişməlidir: 

"Ola bilər ki, ruslar Qarabağı özlərində saxlayaraq, Ermənistan ərazisinin hansısa bir hissəsini türklərə verməklə, əvəzində Türkiyənin Azərbaycan vasitəsilə Dağıstana doğru çıxışı lahiyəsi saxlanılsın. Təbii ki, bölgədə Türkiyəni müharibə mühitindən məhrum etmənin birinci yolu gücdür, lakin bunu anlamaq üçün böyük ağıl lazım deyil ki, bizim bu gün bu gücümüz yoxdur, dünən də yox idi və təəssüf ki, sabah da olmayacaq. Bu gücə sahib olmaq üçün bizə sabit və dinc zaman lazımdır. Çünki qeyri-sabit vaxt nə qədər uzanarsa, bu, Ermənistan üçün demoqrafik baxımdan zərərli olacaq. Məsələn, şərti mənada yaşıl kart əldə etmək üçün daha çox erməni müraciət edəcək (miqrasiya) və ya Rusiyaya gedib oradan həmin "əxlaqsız müttəfiqi” (Rusiyanı) söyəcək və Rusiyadakı ermənilərə "ağ” və "qara” türklərə təslim olmamağa çağırışlar edəcək.

Aydındır ki, nəyin bahasına olur-olsun, sülh ola bilməz. Sülh birtərəfli qaydada bərqərar ola bilməz, lakin sağlam düşüncə onu deməyə əsas verir ki, Ermənistana güc toplamaq üçün daha çox vaxt lazımdır. Çünki güc tostla, sağlıq deməklə olmur, güc Feysbukda deyil, güc "millət olaraq ölmək” fəlsəfəsi ilə də deyil”.

0