Filippində dünyanın ən yaşlı sakini sayılan Fransiska Susano 124 yaşında vəfat edib.
Onun ölüm səbəbi açıqlanmayıb. Pensiyaçıda virus xəstəliyinin heç bir əlamətinin olmadığı bildirilib.
Qeyd edilib ki, Susano 1897-ci il sentyabrın 11-də anadan olub. Onun dünyanın ən yaşlı sakini statusu “Ginnesin Rekordlar Kitabı”nda rəsmən təsdiq olunub.
oxu.az