Noyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərində boks üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb.
HİT.az-ın məlumatına görə, Fərid Qayıbov dünya çempionu Alfonso Dominges, bürünc mükafatçılar Sərxan Əliyev və Məhəmməd Abdullayevi növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.
Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.