Yeni ştama niyə “Omicron” adı verildi?

20:40 / 27.11.2021
927

Xəbər verdiyimiz kimi, ilk dəfə Cənubi Afrikada aşkar edilən COVID-19-un "Omicron" ştamı bütün dünyada yayılmağa davam edir.

Hit.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ölkələrin imicinə mənfi təsir göstərdiyini əsas gətirərək virus ştamlarına yeni adlar verəcəyini açıqlayıb.

Artıq ştamlar aşkarlanan ölkələrin adları ilə deyil, yunan əlifbasının hərfləri ilə "Alpha”, "Beta”, "Gamma”, "Delta" kimi adlanacaq. Qeyd edək ki, "Omicron” yunan əlifbasının 15-ci hərfidir.

1