Populyar “Twitter” sosial şəbəkəsinin təsisçisi və baş direktoru Cek Dorsi vəzifəsindən gedib.
Bu barədə ABŞ mediası məlumat yayıb.
Onun yerinə direktorlar şurası tərəfindən yekdilliklə hazırki texniki direktor Paraq Aqraval təsdiqlənib.
İstefanın səbəbləri və digər təfərrüatlar açıqlanmayıb.