Rusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi

DÜNYA
11:08 / 30.11.2021
1189

Rusiya Belarus-Ukrayna sərhədinə ballistik raket yerləşdirib. 

Rusiya Müdafiə Nazirliyi "Yars" ballistik raketinin paytaxt Moskvanın cənub-şərqində, Ukrayna və Belarus sərhədlərinə yaxın Kaluqa vilayətinin Kozelsk şəhərinə yerləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda Rusiya ilə böyük müharibəyə girə biləcəklərini açıqlayıb. Rusiyanın sərhəddə raket yerləşdirməsi Ukraynanı qorxutmaq kimi qiymətləndirilib.

1
Unikal.org