Səudiyyə Ərəbistanı “omikron”a görə ümrə şərtlərini dəyişdi

DÜNYA
22:32 / 02.12.2021
772

Səudiyyə Ərəbistanı koronavirusun “omikron” ştammının yayılması ilə əlaqədar ümrə ziyarətinin yerinə yetirilməsi üçün yeni şərtlər müəyyənləşdirib.

Bu barədə “Əl-Cəzirə” krallığın Həcc və Ümrə İşləri Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ümrə ziyarəti üçün zəvvarlar Səudiyyə Ərəbistanında təsdiq edilmiş ikikomponentli COVID-19 vaksini vurdurmalıdır. ÜST tərəfindən təsdiqlənmiş, lakin krallığın vaksin siyahısında olmayan peyvəndlərlə vaksinasiya olunan zəvvarlar isə üç günlük karantindən keçməli və karantindən 48 saat sonra mənfi PCR testi təqdim etməlidirlər.

Həmçinin, Nazirliyin qərarına əsasən, zəvvarların krallıqda qalma müddəti 10 gündən 30 günə qədər artırılıb.

0