Ərdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alındı

DÜNYA
22:43 / 04.12.2021
1187

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdə keçirilən mitinqində polis məmurunun avtomobilinin altına qoyulan partlayıcı qurğu son anda zərərsizləşdirilib.

Partlayıcı qurğu istehkamçı qruplar tərəfindən Ərdoğanın çıxışına az qalmış məhv edilib.

Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Siirt ölkənin cənub-şərqində yerləşir. Türkiyə Prezidenti tərəfdarları qarşısında çıxış etmək üçün bu gün Siirtə gəlib. 

 

 

0
Unikal.org