Amerikalı sahibkar və milyarder, "Tesla”nın qurucusu İlon Mask hesab edir ki, Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatını iki-üç dəfə üstələyə bilər. </p>
Qaynarinfo xəbər verir ki, o, bu fikri "The Wall Street Journal” qəzetinin videokonfransında bildirib.
"Hər kəs xatırlayır ki, bir vaxtlar Birləşmiş Ştatlar dünyanın ən böyük iqtisadiyyatına sahib idi. İndi biz elə bir vəziyyətdəyik ki, Çin iqtisadiyyatı Amerikanı iki və ya üç dəfə üstələyə bilər", - iş adamı qeyd edib.
O, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən artıq qəbul edilmiş, digər məsələlərlə yanaşı, elektromobillərin tətbiqi üçün maliyyə dəstəyi nəzərdə tutan dövlət xərclərinə dair qanun layihəsinə qarşı çıxıb. Tesla-nın qurucusu "Mən bütün bu qanun layihəsini bir kənara atardım”, - deyib.
Mask izah edib ki, hər hansı dövlət tənzimlənməsinə mənfi münasibət bəsləyir, çünki dövlət onun fikrincə, "meydanda oyunçu deyil, hakim” rolunu oynamalıdır.