İki nəfərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açıldı

ÖLKƏ
13:51 / 09.12.2021
755

"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar".

Bu barədə Hit.az-a Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

0