İranda qaz emalı zavodunda partlayış oldu

DÜNYA
21:36 / 09.12.2021
1273

İranın Fars əyalətində zavodda partlayış olub.

HİT.az xəbər verir ki, partlayış Parsiyan qaz emalı zavodundan Əsaluyeyə qaz-kondensatı nəql edən boru kəmərində baş verib. 

Boru kəmərinin yaxınlığında aparılan qazıntı işləri partlayışa səbəb olub. Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

0