Əsgər yoldaşlarını güllələyən erməni həbs edildi

DÜNYA
19:10 / 11.12.2021
928

Ermənistan ordusunda baş vermiş silahlı insidentlə bağlı bir hərbçi həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə yerli media Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Senik Arzumanyan adlı əsgərin ölümü və daha iki hərbçinin yaralanması faktı ilə bağlı hələlik adı açıqlanmayan çağırışçıya qarşı cinayət işi açlıb.

Qeyd olunur ki, o dekabrın 11-də Ermənistan Silahlı Qüvvələrinin “N” saylı bölməsinin hərbi qulluqçusu Senik Arzumanyana ölümcül güllə yarası yetirməkdə, habelə daha iki hərbçiyə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Xatırladaq ki, dekabrın 10-da ölkənin cənub istiqamətindəki hərbi hissələrdən birində hərbçi öz əsgər yoldaşlarının atəşə tutub. Nəticədə çağırışçı əsgər Senik Arzumanyan ölüb. Daha iki hərbçi isə ağır yaralanıb.

0