Mahir Emreli "Legiya"dan ayrılır?

İDMAN
14:16 / 14.12.2021
1432

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir.

HİT.az "Sportfakty" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Polşa çempionatının 18-ci turu çərçivəsində Plotsk "Visla"sına "0-1" hesabı ilə məğlub olduqları oyundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmaq qərarına gəlib.

Gənc hücumçu müqaviləni ləğv etmək variantlarını dəyərləndirmək üçün vəkillərlə əlaqə də saxlayıb. Emreli Polşa çempionatının 19-cu turu çərçivəsində "Zaqlembe"yə  qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Buna səbəb o, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanıb və həkimlər futbolçumuza iki günlük istirahət tövsiyə edib.

Xatırladaq ki, azarkeşlər "Visla" ilə oyundan sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.

Sadiq İsmayılov

0