““3+3” Ermənistan və Türkiyənin yaxınlaşmasına kömək edəcək”

SİYASƏT
21:36 / 15.12.2021
1393

“Rusiya regionda problemlərin həllinə, əlaqələri və mehriban qonşuluğun möhkəmləndirilməsinə yönəlmiş addımları asanlaşdırmağa hazırdır”.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, həmçinin dekabrın 10-da Moskvada keçirilən “3+3” platformasının regional əməkdaşlıq formatında baş tutan iclasından danışıb.

Zaxarova bu formatın digər iştirakçılar kimi, Ermənistan və Türkiyənin yaxınlaşmasına töhfə verdiyinə əminliyini ifadə edib.

0
“Qafqazinfo”