Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ən yaşlı şəxs olan 105 yaşlı Vasili Miçurin vəfat edib.
Bu barədə Belarus Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edək ki, Miçurin 1939-1940-cı illər Finlandiya-Rusiya müharibəsində və 1941-1945-ci illər İkinci Dünya Müharibəsində iştirak edib.
O 1940-cı ilin fevralında Kareliya İsthmusunda çöl döyüşündə göstərdiyi qəhrəmanlığa görə 24 yaşında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Qafqazinfo