Masallı sakini özünü güllələyib.
Daxili İşlər Nazirliyindən Hit.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə dekabrın 17-də Qarğalıq kəndində yaşayan B.Ağamalıyevin evində ov tüfəngindən açdığı atəşlə özünü yaralaması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb. B.Ağamalıyev xəstəxanaya yerləşdirilib.