“15-16 ildir müdafiə futbolu oynayırıq, daha bəsdir” - Mahir Şükürov

İDMAN
10:39 / 20.12.2021
1279

Yığmamızın sabiq futbolçusu Mahir Şükürov Millətlər Liqasında millimizin yer aldığı qrupla bağlı düşüncələrini bölüşüb. 

Keçmiş müdafiəçi Qaynarinfo-ya açıqlamasında Belarus, Slovakiya və Qazaxıstan-Moldova cütünün qalibi ilə yarışacaq Canni De Byazinin rəhbərlik etdiyi komandamızın şanslarını dəyərləndirib.

"Rəqiblərə baxdım. Bundan öncəki qrupumuz daha asan idi, nəinki indiki. Slovakiya, Belarus, Qazaxıstan da pis komanda deyil. Çətin qrupa düşmüşük. Mənə elə gəlir asan olmayacaq. 

Şükürov daha uğurlu çıxış etmək üçün komandanın oyununda dəyişikliklər edilməli olduğunu bildirib:

"Keçən tsikldəki oyun stilini dəyişmək, başqa taktikaya keçmək lazımdır. Hücum futbolu oynanılmalıdır. 15-16 ildir müdafiə futbolu oynayırıq, daha bəsdir. De Byazi dediyinə görə uşaqları tanıyır. Görək Millətlər Liqasında nə edəcək”.

Millimizin sabiq üzvü şansları belə dəyərləndirdi:

"Xal qazanmaq üçün şansımız var. Futbolda hər şey ola bilər. Amma yenə də çətin olacağını deyirəm. Qrupdan çıxmaq şanslarımzı faiz nisbətilə 50-nin 50-yə qiymətləndirirəm".

0