Seçkiləri qazanan pakistanlı siyasətçi öz tərəfdarları tərəfindən öldürüldü - FOTO

DÜNYA
22:06 / 20.12.2021
1432

Pakistanlı gənc siyasətçi Məhəmməd Zəkriyə Xan onun şərəfinə keçirilən bayram ziyafəti zamanı silahdan açılan təsadüfi atəş nəticəsində həlak olub.

Qeyd olunur ki, Zəkriyə Xanın tərəfdarları onun seçkilərdəki qələbəsini qeyd etmək məqsədi ilə havaya atəş açıb və bu zaman güllələrdən biri siyasətçiyə dəyib.

Hadisə Pakistanda, Pişəvər rayonunda baş verib. Atəşin avtomatdan açıldığı bildirilir.

1
oxu.az