Həm Bakıda, həm də işğaldan azad edilən ərazilərdə Zəfər muzeyləri açılır və bununla bağlı işlər davam etdirilir.
Hit.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, bu məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib. Nazir qeyd edib ki, muzeyin konsepsiyası və içindəki məzmunu ilə bağlı işlərə kompleks şəkildə baxılır:
"Bunların hamısının həlli üçün işlər aparılır", - A.Kərimov deyib.