"Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilir - Vüqar Bayramov

İQTİSADİYYAT
21:26 / 21.12.2021
1333

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi layihəsi müzakirə olundu. 

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. 
"Dəyişikliklər komitədə birinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyyə olundu. Bu layihə Milli Məclsidə qəbul olunub Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan minimum pensiya 240 manat olacaq. Dəyişikliklərdə əsas məqsəd  minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasıdr. Xatırladaq ki, hazırda minimum pensiya 200 manatdır və 20 faiz artım nəzərdə tutulur", - deputat bildirib.

0