Bu ölkədə “omikron”dan ilk ölüm qeydə alındı

DÜNYA
21:59 / 21.12.2021
846

İsraildə koronavirusun “omikron” ştamından ilk ölüm halı qeydə alınıb.

Bu barədə KAN televiziyası məlumat yayıb. Bildirilir ki, 75 yaşlı kişi dünən vəfat edib. O, 6 ay əvvəl virus əleyhinə ikinci doza vaksin qəbul edib. Hadisədən sonra koronavirusla mübarizə üzrə nazirliklərarası komissiyanın iclası başlayıb.

Bu həftənin əvvəlində İsrailin Baş naziri Naftali Bennett bildirib ki, ölkədə koronavirusun beşinci dalğası başlayıb və direktivlər tezliklə yayımlanacaq.

1