Naxçıvanda Hərbi-Həkim Komissiyası yaradıldı - VİDEO

ÖLKƏ
22:41 / 21.12.2021
1016

Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyası yaradılıb.

HİT.az xəbər verir ki, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında keçirilən yeni yaradılmış komissiyanın təqdimat mərasimi keçirilib.

Tədbirdə Naxçıvanda yerləşən qoşun və orqanların, nazirliklərin və digər aidiyyəti qurumların rəhbər heyəti, Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Hərbi həkim” ixtisasının tələbələri iştirak ediblər.

0