Türkiyə polisi qətl törədən azərbaycanlı gənci saxladı - FOTOLAR

DÜNYA
10:00 / 22.12.2021
1613

Türkiyə polisi İstanbulda əməliyyat keçirərək qısqanclıq zəminində adam öldürən azərbaycanlı gənci saxlayıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə dekabrın 17-də Kartaltəpə məhəlləsi, Ali İzzetbegovic Parkında baş verib. İddiaya görə, Yasin Semih Demirok "Instagram" hesabında sevgilisi ilə yazışan Nəbi M.-nin adını görüb. Demirok qadın saç ustası olan Nabi M.-yə mesaj göndərib.

Daha sonra o, iki dostunu da özü ilə apararaq əvvəlcədən müəyyənləşdirdiyi parkda Azəribaycan əsilli Nəbi M. ilə görüşüb. Dostlarına uzaq durmalarını söyləyən Yasin Semih Demirok Nəbi M. ilə bir müddət mübahisə edib. Mübahisə nəticəsində Nəbi M. tapança ilə Yasin Semih Demirokun sinəsindən atəş açaraq qaçıb. 

Bütün müdaxilələrə baxmayaraq, Yasin Semih Demiroku xilas etmək mümkün olmayıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.

Nabi M. isə qətldə istifadə etdiyi silahı dənizə atıb. Polis əməkdaşları şübhəlinin tutulması üçün əməliyyat keçirib. 

Dünən gecə saat 03.00 radələrində polis Nəbi M., ilə bərabər ona kömək edən M.E.S, E.A. və E.B. Qaziosmanpaşa Kazım Karabəkir rayonunda gizləndiyi ünvanda saxlayıb. Qətldən sonra istifadə etdiyi silahı dənizə atdığını bildirən Nəbi M.-nin ifadəsindən sonra polis əməkdaşları tapançanı dənizdən çıxarıblar.

0