İran parlamentariləri İrəvanda “soyqırım” abidəsini ziyarət edib, kədərləndilər

DÜNYA
12:18 / 22.12.2021
661

Dekabrın 21-də Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Gevork Papoyan, qrupun üzvləri Narek Babayan və Şirak Torosyanın müşayiəti ilə İran İslam Respublikası Məclisinin parlament dostluq qrupunun üzvləri İrəvanda "Tsitsernakaberd” memorial kompleksini ziyarət edib.

Qaynarinfo aysor.am-a istinadla xəbər verir ki, parlamentin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin üzvləri Əbədi məşəl önünə gül dəstələri düzüb, erməni "soyqırımı qurbanları”nın xatirəsini sükutla yad ediblər.
ƏTRAFLI
live-legend.borjomi.

İİR Məclisinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının üzvü Mahmud Əhmədi Biqaş qeyd edib ki, bu, onun Ermənistana ilk səfəridir: 
"Əlbəttə, mən keçən əsrin soyqırımından xəbərdar idim, lakin bu səfər məlumatlarım daha da artdı. İnsanlığın nəinki özünü bu cür aparması, hətta daha da pisi, etdiklərini tanımaması o qədər vəhşi ola bilməsi məni xüsusilə kədərləndirdi”, - deyə deputat vurğulayıb.

Erməni "Soyqırımı” Muzey-İnstitutunda qonaqlar XX əsrin ilk vəhşiliyinə dair sənəd və eksponatlarla tanış olmuş, Fəxri qonaqlar kitabına fikirlərini yazıblar.

3