Polis rəisi nöqsanlara görə işdən çıxarıldı (VİDEO)

ÖLKƏ
10:48 / 23.12.2021
1668

Azərbaycanda polis rəisi nöqsanlara görə işdən çıxarılıb.

"Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsində azad edilib.

Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.

0