Ermənistan-Gürcüstan sərhədində 2,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yeraltı təkanlar Taşir icmasından 14 kilometr şimal-şərqdə (Lori rayonu) qeydə alıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə zəlzələnin gücü 3 bal olub.