Rusiya Prezidenti Vladimr Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
HİT.az-ın məlumatına görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasındakı əməkdaşlığın aktual məsələlərini, o cümlədən müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Prezidentlər həmçinin Belarus liderinin Sankt-Peterburqa gözlənilən səfəri zamanı keçiriləcək tədbirlər proqramını nəzərdən keçiriblər.