Türkiyədə koronavirus xəstələrinin 10%-dən çoxu "omikron" ştamı ilə yoluxdu

DÜNYA
22:33 / 25.12.2021
1340

Türkiyədə koronavirus xəstələrinin 10%-dən çoxu "omikron" ştamı ilə yoluxub.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

"Bu vəziyyətdə vaksinin gücləndirici dozasının tətbiqinə ehtiyac daha da artır”, - F.Koca deyib.

Ölkədə "omikron" ştamına ilk yoluxma halı dekabrın 11-də qeydə alınıb. 

0