Nə qədər təhsil işçisi vaksin vurdurub? - Nazirdən açıqlama

ÖLKƏ
22:50 / 28.12.2021
1159

"Bu günə qədər 90 faiz təhsil işçisi iki doza vaksinasiyadan keçib. Hazırda buster doza ilə bağlı işlər davam etdirilir".

Hit.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

"Biz əvvəldən demişdik ki, ənənəvi təhsil üçün vaksinasiya vacibdir. Mən o insanlara təşəkkür edirəm ki, fəal iştirak nəticəsində biz övladlarımızı təhsillə əhatə edə bildik.

Cəmiyyətin də burada böyük rolu var. Proses davam etməlidir ki, bu uğuru yarımçıq kəsməyək", - nazir qeyd edib.

0