Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı bildirib ki, vəd edilmiş "görünməmiş genişmiqyaslı sanksiyalar” tətbiq olunarsa, Moskva ölkələr arasında münasibətləri tamamilə poza bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Putin bunun böyük səhv olacağını qeyd edib.
Uşakova vurğulayıb ki, "Rusiyanı ciddi şəkildə narahat edən” məsələlər ətrafında fikir mübadiləsini davam etdirmək üçün son söhbətin mahiyyəti fərqli olub.
Jurnalistlər mümkün "Qərblə əlaqələrin kəsilməsi”ndən danışarkən nəyin nəzərdə tutulduğunu soruşublar. Uşakov cavab verib ki, hələlik bu, heç nə demək deyil, çünki "irimiqyaslı sanksiyaların” da nə olduğu tam məlum deyil.