İsveç kralı XVI Karl Qustav və kraliça Silvia koronavirusa yoluxub.
Bu barədə yanvarın 4-də Stokholmdakı Kral Sarayının mətbuat xidməti məlumat verib.
Məlumata görə, kral və kraliçanın COVID testlərinin cavabları pozitiv çıxıb.
Monarx və onun həyat yoldaşının üç doza koronavirus peyvəndi ilə vaksinasiya olunduğu və xəstəliyi yüngül şəkildə keçirdikləri bildirlib.
oxu.az