Türkiyə ötən il 1140 terrorçunu məhv edib

DÜNYA
22:56 / 04.01.2022
1557

2021-ci il ərzində Türkiyə 143 min 321 antiterror əməliyyatı keçirib.

APA-nın yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər nazirinin müavini, nazirliyin sözçüsü İsmayıl Çataklı jurnalistlərə açıqlamasında deyib.

Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu ötüb
Gürcüstanda son sutkada 68 nəfər koronavirusdan ölüb
Hollandiya Omicrona görə sərt karantin tətbiq edir, ölkədə təxirəsalınmaz kampaniya başlayır
O qeyd edib ki, il ərzində bütün terror təşkilatlarından olan 1 140 terrorçu zərərsizləşdirilib. Çataklı həmçinin 2021-ci ildə 183 terror aktının qarşısı alındığını bildirib.

Sözçü narkotiklərlə mübarizə çərçivəsində isə 2021-ci ildə həyata keçirilən 215 min 228 əməliyyatda 293 min 905 nəfərin saxlanıldığını, 26 min 128 nəfərin həbs edildiyini vurğulayıb.

0