Tokayev kömək üçün KTMT-yə müraciət etdi - VİDEO

DÜNYA
23:30 / 05.01.2022
1147

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev "terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

“KTMT tərəfdaşlarına müraciət etməyi məqsədəuyğun və vaxtında olunmuş müraciət hesab edirəm", - deyə Tokayev bildirib. 

Onun sözlərinə görə, söhbət dövlətin bütövlüyünə təhlükə və vətəndaşlara qarşı hücumlardan gedir.

4