Pensiyalar bu tarixdə ödəniləcək

ÖLKƏ
09:53 / 06.01.2022
1637

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Hit.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.

0