Bakıda şagirdi sillələyən direktorla bağlı araşdırmaya başlanıldı - VİDEO (YENİLƏNİB-1)

ÖLKƏ
16:28 / 06.01.2022
2121

Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışı ilə bağlı təhqiqat araşdırmaları aparılır.

Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyevin sözlərinə görə, hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

*** 15:32

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Bu barədə Hit.az-a BŞTİ-dən məlumat verilib.

***14:28

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb. 

Hit.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb. 

Onun bu hərəkəti kameralara düşüb. 

Həmin görüntüləri təqdim edirik:

4