Nazir idarə rəisini İŞDƏN ÇIXARDI

ÖLKƏ
10:20 / 07.01.2022
1962

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Hit.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  

Onun yerinə hələlik təyinat yoxdur. 

0