İki yeniyetmə itkin düşdü

ÖLKƏ
11:17 / 10.01.2022
1556

Bakı və Gəncədə yeniyetmələr itkin düşüb.

HİT.az APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də paytaxtın Binəqədi rayon ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.

Bundan başqa, Gəncə şəhəri Nizami rayon ərazisində 2008-ci il təvəllüdlü Tuncay Quliyev oynamaq adı ilə yanvarın 3-də evdən çıxıb və geri qayıtmayıb.

Nizami rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

0