Hulusi Akar konsert gəlirlərini orduya bağışlayan Haluk Leventlə görüşdü - FOTO

DÜNYA
22:14 / 13.01.2022
1405

Məşhur türkiyəli müğənni Haluk Levent Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.

Nazir müğənnini Mehmetçik Vəqfinə 150 min TL ianə etməsi münasibətilə qəbul edib.

Nazir həssasiyyəti və dəstəyi üçün müğənniyə təşəkkür edib, Haluk Levent isə bundan sonra nazirliyin fəaliyyətlərində yer almaqdan məmnunluq duyacağını bildirib.

Müğənni hərbi xidmətdə olarkən briqada komandiri olduğunu xatırladıb, nazirlə keçmiş günləri yad edib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl Rus Qızılordu ansamblı ilə 15 konsertlik Anadolu turu gerçəkləşdirmişdi. O, konsertlərdən gələn gəlirin yarısını özünün yaratdığı AHBAP xeyriyyə fonduna, yarısını isə orduya bağışlayacağını açıqlamışdı.

0
Qafqazinfo