72 şəhidin qisası üçün 72 təyyarə ilə əməliyyata başladılar...

DÜNYA
15:54 / 20.01.2022
1576

Türkiyə Milli Müdafiə Nazirliyi 2018-ci il yanvarın 20-dən başlayan “Zeytun dalı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən 6370 terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Ölkə.Az” “Anadolu”ya istinadən xəbər verir  ki, Milli Müdafiə Nazirliyinin sosial media hesabındakı paylaşımda “Fırat kalkanı” əməliyyatında şəhid olan 72 qəhrəman mehmetçiyin xatirəsinə 20 yanvar 2018-ci ildə 72 döyüş təyyarəsinin hücumu ilə “Zeytun dalı” əməliyyatına start verildiyi xatırladılaraq bu ifadələr yer alıb: 

“Sərt hava və relyef şəraitinə baxmayaraq, soylu millətimizin dualarından güc alan qəhrəman mehmetçik yüksək ağılın məhsulu olan, betondan tikilmiş terror yuvalarına bir-bir daxil olaraq, terrorçuları xəyalları ilə birlikdə qazdıqları tunellərdə məhv etdi. Beynəlxalq hüquq və insan haqlarının tələbləri çərçivəsində həyata keçirilən “Zeytun dalı” əməliyyatı 57 gün sonra planlaşdırıldığı kimi müvəffəqiyyətlə sona çatdı. Qəhrəman mehmetçik bölgədə indiyə qədər cəmi 6370 terrorçunu zərərsizləşdirdi. Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları ilə 1859 sahə kvadratkilometr təhlükəsiz vəziyyətə gətirilib”.

0